Milli Məclisin 33 yaşlı yeni xanım deputatı - FOTOLAR

Milli Məclisin 33 yaşlı yeni xanım deputatı -

Ülviyyə Həmzəyeva Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Milli Məclisə dünən keçirilmiş seçkilərdə 33 yaşlı Ülviyyə Həmzəyeva 6 saylı Culfa-Babək Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi kimi qalib gəlib. GUNDEMİNFO.AZ Ölkə.Az-a istinadən xəbər verir ki, gənc deputat 30 aprel 1982-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Şəkərabad kəndində anadan olub, 2003-cü ildə Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsinin təsviri incəsənət ixtisasını fərqlənmə diplomu bitirib.

2006-cı ildə Naxçıvan Dövlət Universitetinin pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə başa vurub. Hazırda Naxçıvan Dövlət Universitetinin təsviri incəsənət və rəsmxət kafedrasının baş müəllimi, universitetin dissertantıdır. Azərbaycanda ilk dəfə olaraq 2001-ci ildə Naxçıvan Dövlət Universitetinin gənclik parkında soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidənin müəllifidir. 2008-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı, 2009-cu ildə isə Azərbaycan Respublikasının Əməkdar Rəssamı fəxri adına layiq görülüb. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür, 2013-cü ildə “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvlüyünə qəbul edilib.

2011-ci ildə keçirilmiş Naxçıvan Rəssamlar Birliyinin III konfransında Naxçıvan Rəssamlar Birliyinin sədri seçilmişdir. Azərbaycan, ABŞ və Türkiyədə bir çox fərdi və qarışıq sərgiləri keçirilib. Əsərləri bir çox şəxsi kolleksiyalarda və muzeylərdə saxlanılır. Əsərlərində əsasən milliliyi, qədimliyi, mifologiyanı və real həyatın fəlsəfəsini özünəməxsus tərzdə əks etdirməyə çalışır.

Sonda Ülviyyə Həmzəyevanın ictimai fəaliyyətini özündə əks etdirən fotoları təqdim edirik:

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
557 dəfə oxundu
 
XƏBƏR LENTİ
Loading...