Putinlə Bayden görüşəcəkmi?

Putinlə Bayden görüşəcəkmi?

“Pandemiya şəraitində əyani, həmçinin ən yüksək səviyyədə keçirilən tədbirlərin bərpası perspektivləri barədə danışmaq çətindir”.

Bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

“Biz siyasi təmaslar cədvəlinin formalaşdırılmasının epidemioloji durumun normallaşması, bu cür görüşlərin məzmunu, çoxtərəfli tədbirlərdəki ünsiyyət imkanlarından asılı olacağı ehtimalından çıxış edirik”, - diplomat vurğulayıb.

Onun sözlərinə görə, istənilən halda bütün planlar ABŞ-ın yeni administrasiyası ilə müzakirə edilməli və razılaşırılmalıdır.

“Report” xatırladır ki, daha öncə Ağ Evin mətbuat katibi Cen Psaki ABŞ Prezidenti Cozef Bayden və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığının planlaşdırılmadığını, C.Baydenin ilk növbədə “tərəfdaş və müttəfiqlər” ilə danışacağını açıqlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
208 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...