Universitetlər nə vaxt açılacaq? - Nazirdən açıqlama

Universitetlər nə vaxt açılacaq? -


“Fevralın 1-dən sonrakı iki həftə ərazində təhsillə bağlı növbəti qərarlar veriləcək”. Modern.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, fevralın 1-dən növbəti iki həftə ərzində 5-9-cü siniflərdə, peşə təhsili müəssisələrində və ali məktəblərdə təhsilin qismən bərpa edilməsi ilə bağlı qərarların verilməsini nəzərdə tutulur:

"Bakı şəhərində metropolitenin fəaliyyəti bərpa edilməyib. Növbəti mərhələdə bu qərar verilərsə, V-IX siniflərin açılması daha məqsəduyğun olar. Xeyli sayda məktəb müəllimi və texniki heyət metrodan istifadə edir”, - deyə nazir bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
273 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...