Qazi qardaşı üsyan edir – “Qardaşımı Ucar xəstəxanası öldürdü” - VİDEO
Xəbər verdiyimiz kimi, Vətən müharibəsi iştirakçısı, Ucar rayon sakini Sübhan Hüseynov keçirdiyi tükdönməsi əməliyyatından sonra 81 gün komada qalıb və iyulun 5-də vəfat edib.
Mərhumun qardaşı Pünhan Hüseynov Bakupost.az-a qardaşının Ucar Rayon Mərkəzi Xəstəxanasının həkimlərinin məsuliyyətsizliyi səbəbindən həyatını itirdiyini deyib:
“Qardaşım çox yüngül bir əməliyyat (tükdönməsi əməliyyatı) keçirməliydi. Əməliyyatdan öncə narkoz verilib. Ancaq Ucar Rayon Mərkəzi Xəstəxanasında Cavanşir həkim mənə bildirmişdi ki, yerli keyitmə ilə əməliyyat olunacaq, 15-20 dəqiqə çəkəcək, saat 2-yə qədər bitəcək. Amma saat 5-ə qədər bizə məlumat verilmədi. Sonradan məlum oldu ki, heç əməliyyat olmayıb, narkoz veriləndən sonra qardaşım kliniki ölüm keçirib. Atama da bir neçə sənəd imzaladıblar, o da yaşlı insandır, nəyə qol çəkdiyini də görməyib. Daha sonra biz onu başqa xəstəxanaya köçürdük”.
TƏBİB-dən isə bildirilib ki, xəstə 17.04.2025-ci il tarixinədək Ucar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində müalicə alıb və həmin tarixdə valideynlərinin təkidi və tələbi ilə pasiyent Bakıda yerləşən özəl tibb müəssisələrindən birinə köçürülüb.
Qeyd edək ki, Sübhan Hüseynovun atası İlham Hüseynov birinci Qarabağ müharibəsində iştirak edib.
41 dəfə oxundu