Şirvanda həkimlər artımla maaş ala bilmir? - RƏSMİ AÇIQLAMA

Şirvanda həkimlər artımla maaş ala bilmir? -
"Şirvan şəhər Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərən Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) koronavirusla mübarizədə iştirak edən 87 nəfər tibb və texniki personalı oktyabr ayından bu günə kimi artımla olan əməkhaqlarını ala bilmədiklərindən şikayətçidir.

APA-ya müraciət edən tibb işçiləri bildiriblər ki, Şirvan TTTYS-nin personalı pandemiya dövründə sutkanın 24 saatı ərzində COVİD 19-la mübarizədə yaxından iştirak edib, həmçinin virusa yoluxan xəstələrin müvəqqəti yaradılan xəstəxanalara daşınmasını da təmin ediblər: “Personalın əməkdaşlarından xəstəliyə yoluxaraq həyatlarını itirən əməkdaşlar da, yoluxub sağalanlar da olub. Bütün bunlara baxmayaraq, oktyabr ayından bu günə kimi TTTYS-nin tibb personalının artımla olan əməkhaqları verilməyib”.

Onlar "Şirvan şəhər Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru vəzifəsinə yeni təyinat alan İlham Mustafayevin ödəməni yerinə yetirməkdən imtina etdiyini iddia ediblər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Maliyyə Departamentindən APA-ya verilən xəbərə görə, “Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli qərarına müvafiq olaraq yalnız yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən işçilərə cəlb olunduqları iş vaxtına mütənasib olaraq müddətli əlavələrin ödənilməsi nəzərdə tutulub: “Müraciətdə qeyd olunan məsələnin araşdırılması ilə əlaqədar Şirvan ŞMX tərəfindən Agentliyə təqdim edilmiş məlumata görə, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin 2020-ci ilin noyabr ayı üçün təqdim edilmiş iş vaxtı tabellərinə əsasən ilkin hesablamalar aparılarkən TTTYS işçilərinin əmək haqlarına hesablanmış müddətli əlavənin məbləğinin 87 366,00 manat təşkil etməsi məlum olub. İş vaxtı tabellərinin, ilkin mühasibatlıq cədvəllərinin təhlili zamanı müəyyənləşib ki, TTTYS-nın 77 işçisinə (həkim, feldşer, sanitar və sürücü) 24 iş günü və aylıq 144 saat nəzərə alınmaqla müddətli əlavə hesablanıb. Bütün bunları nəzərə alaraq, 2020-ci ilin 30 dekabr tarixində tibb müəssisəsinin rəhbərliyinin 38 nömrəli əmri ilə komissiya yaradılıb. Komissiyaya 2020-ci ilin noyabr, dekabr ayları üzrə TTTYS işçilərinin yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sayının, həmin işçilərin iştirak etdikləri iş günləri və iş saatlarının dəqiqləşdirilməsi tapşırılıb. Komissiya tərəfindən çağırış-qeydiyyat jurnallarına, təcili yardım sürücülərinin yol vərəqlərinə, götürülən yaxmaların qeydiyyat sənədlərinə baxış keçirilib. Nəticədə məlum olub ki, ötən ilin noyabr ayı ərzində TTTYS-nın yalnız 60 nəfər işçisi, daha az iş günü və iş saatı ərzində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilib, buna əsasən həmin işçilərin əmək haqlarına hesablanmış müddətli əlavənin məbləği cəlb olunduqları iş vaxtına mütənasib olaraq 20 157,67 manat təşkil edib və qanunvericiliyə uyğun olaraq məcburi tutulmalar (gəlir vergisi, məcburi dövlət sosial sığorta ayırmaları, işsizlikdən sığorta haqqı) tutulduqdan sonra ödənilib. Nəzərinizə çatdırırıq ki, tibb müəssisələrinin əməkdaşları yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə zərurətlə əlaqədar növbəlilik qaydasında cəlb edilirlər. Belə ki, həmin tədbirlərə cəlb olunan tibb işçilərinin sayı infeksiyaya yoluxmuş xəstə sayında olan artım-azalmadan asılı olaraq tənzimlənir. Tibb müəssisələrinin rəhbərliyi tərəfindən xəstə sayı və ya xəstəlik şübhəsi olanlar üçün təcili yardım üzrə çağırış sayı çox olduqda daha çox tibb işçisinin, əksinə xəstə sayı və ya xəstəlik şübhəsi olanlar üçün təcili yardım üzrə çağırış sayı az olduqda isə daha az tibb işçisinin yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilməsi təmin edilir”.


Şirvanda həkimlər artımla maaş ala bilmir? -
Şirvanda həkimlər artımla maaş ala bilmir? -
Şirvanda həkimlər artımla maaş ala bilmir? -
Şirvanda həkimlər artımla maaş ala bilmir? -
Şirvanda həkimlər artımla maaş ala bilmir? -
Şirvanda həkimlər artımla maaş ala bilmir? -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
337 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...