“Adam gərək dəli olsun oraya pul qoysun” – İlham Əliyev

“Adam gərək dəli olsun oraya pul qoysun” –

“İndi Azərbaycana xaricdən nə qədər investisiyalar qoyulur. Bunun əsas amili daxili sabitlikdir”.

“Yeni Sabah” xəbər verir ki, bunu prezident İlham Əliyev YAP-ın bu gün keçirilən qurultayında deyib. Prüzident bildirib ki, “Doing Business” proqramında, biz yaxşı yerlərdəyik.

“İndi bizim yerimizi də artırıblar və qabaqcıl ölkələr sırasındayıq. Ermənistana bir manat qoyan var? Yox. Adam gərək dəli olsun oraya pul qoysun. Heç xaricdə yaşayan ermənilər də pul qoymurlar. Nə üçün? Çünki hərc-mərclik var, aləm qarışıb, sabitlik yoxdur, lider yoxdur, etibar edə biləcəyi bir şəxs yoxdur ki, investor gəlsin desin, bəli, mən inanıram bu dövlətə, bu dövlət başçısına, mən vəsait qoyuram.

Biz bu il təqribən 400-500 milyon dollarlıq ancaq xarici investisiyaları bərpa olunan enerji növlərinə gətirmişik. Artıq bir müqavilə bağlanıb, bir müqavilə də bu ay, ya gələn ay bağlanacaq. Onlar özləri bunu təklif etmişdilər. Yeddi aparıcı şirkət bu layihələr uğrunda mübarizə aparırdı. Onlardan ikisi bizə ən sərf edən təkliflər irəli sürdü. Onlar 440 meqavat gücündə günəş və külək elektrik stansiyalarını öz vəsaiti hesabına inşa edəcək. Azərbaycanlılar həm inşaat dövründə orada işləyəcək, həm də istismar dövründə və bizə nə qədər xeyir gətirəcək. Azad edilmiş torpaqlara indi nə qədər təkliflər var? Biz indi onları cəmləşdiririk.

Biz gərək onların arasında ən yaxşılarını seçək. İndi vəziyyət elə deyil ki, biz gedib kiminsə qapısını döyək, yaxud da, hansısa bankdan kredit istəyək. Mən, ümumiyyətlə, hökumətə xarici kreditləri götürməyi qadağan etmişəm. Biz ancaq yüksək texnoloji layihələrə kredit götürməliyik ki, oraya texnologiyalar gətiririk. Yoxsa yol çəkirik, asfalt bizim, bitum bizim, çınqıl bizim, niyə biz xarici kredit götürməliyik? Yaxud da ki, buna oxşar layihələr. Bu proses davam etdirilir”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
583 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...