ADPU-da şöbələrdən biri ləğv edildi

ADPU-da şöbələrdən biri ləğv edildi

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) struktur dəyişikliyi edilib.

Oxu.Az-ın məlumatına görə, bunu universitetin Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev elmi şuranın iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, qurumun “İctimaiyyətlə əlaqələr və marketinq” şöbəsi ləğv edilərək “Tədbirlərin təşkili və tələbələrlə iş” şöbəsinə birləşdirilib.

“Yeni yaradılan şöbə “Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr” şöbəsi adlandırılır. Qərar layihəsi elmi şura tərəfindən yekdilliklə qəbul edilərək yeni təşkil edilən "Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr" şöbəsinin struktur və əsasnaməsi təsdiq edilib”, - deyə prorektor əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
685 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...