Novruzov Sadıkovu müdafiə edir?

Novruzov Sadıkovu müdafiə edir?

Nəcməddin Sadıkov baş leytenant olan vaxtdan Qarabağdakı döyüşlərdə iştirak edib.

Azadinfo.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Musavat TV-nin canlı yayımında deyib.

S.Novruzov məhkəmə qərarı olmadan Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi Nəcməddin Sadıkovla bağlı ittihamlar barədə heç bir söz deyə bilməyəcəyini qeyd edib:

"Onun haqqında məhkəmə hökmü olmasa, heç birimiz söz deyə bilmərik ki, rüşvətxordur, korrupsionerdir, agentdir, xaindir və s. Axı mən hardan bilim? Mən deyə bilmərəm. 3 adam çağırın, gəlsinlər cavab versinlər ki, harada görmüsən onun xainliyini? Cavab verə bilməyəcək".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1828 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...