G20 sammitində kuryoz: Rusiyanın baqajı Bakıya gəldi

Türkiyədə keçirilən G20 sammitində kuryoz hadisə baş verib. Bu hadisə sammitdə iştirak edən Rusiya nümayəndə heyətinin əl yükü ilə bağlıdır.
Belə ki, Rusiya nümayəndə heyətinin çamadanları Azərbaycan nümayəndə heyətinin təyyarəsində uçub. G20 sammitində iştirak edən Kreml rəsmilərinin çamadanlarının bir hissəsi naməlum istiqamətdə uçub. Sonradan məlum olub ki, çamadanlar Bakıya gəlib çıxıb. Buna səbəb isə Rusiya və Azərbaycan nümayəndə heyətlərinin bir mehmanxanada qalması olub.
Səhər tezdən Rusiya jurnalistlər qrupu "Maks Royal" otelinə gəlib. Burada Rusiya prezidenti Vladimir Putinin Britaniya və İtaliyanın baş nazirləri ilə danışıqları olmalı idi. Onlar Putinin bu görüşlərindən sonra Moskvaya üçmalı olduqlarından çamadanları özləri ilə götürüb. Mühafizəçi KİV nümayəndələrindən heç bir tanınma nişanları olmayan çamadanlarnı qapıda qoymağı xahiş etsə də ona qulaq asan olmayıb. Yola düşmə vaxtı çatanda jurnalistlər çamadanlarını tapmayıblar.
Sonradan aydınlaşıb ki, yük ehtimal ki, sammiti daha əvvəl tərk edən Azərbaycan nümayəndə heyəti ilə birlikdə uçub. Çamadanlarda KİV nümayəndələrinin Moskvadan gətirdiyi bütün qış geyimləri qalıb.
333 dəfə oxundu