İki dövlət qurumunun borc davası - əziyyət çəkən isə insanlardır

İki dövlət qurumunun borc davası  -


“Azəriqaz”a borcumuz var və bunu danmırıq. Noyabr ayının 15-ni gözləyib, qaz verilişini dayandırmaq qarşı tərəf üçün məsələdən çıxış yolu deyil”. Bunu AzVision.az-a açıqlamasında “Azəristiliktəchizat”ASC-nin abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyev deyib.

Qurum rəsmisi bildirib ki, borcların bir hissəsi “Azəristiliktəchizat” ASC yaranana qədər olan borclardır: ““Azəristiliktəchizat” ASC zərərlə işləyən qurumdur. Xərclərimizi tam ödəyə bilmirik. Amma bu da vəziyyətdən çıxış yolu deyil ki, noyabr ayının 15-də 3000-dən çox binanın, 700-dən çox məktəb, məktəbəqədər təhsil müəssiəsinin, xəstəxananın qazanxanasına verilən təbii qazı bağlasınlar. Onun məsuliyyəti bu gün “Azəriqaz”ın üstündədir”.

R.Əliyev bildirib ki, borcla bağlı hökumətə müraciət olunub və hazırda bu məsələyə baxılır: “Problem sivil qaydada həll olunmalıdır. “Azəristiliktəchizat” ASC bu il qışa çox ciddi hazırlaşıb. Köhnə borc məsələsini ortaya atmaqla bizim işgüzar nüfuzumuza xələl gətirirlər. İnsanlar elə bilir ki, bu problem bizimlə bağlıdır. Amma istilik olmayan yerlərdə məsuliyyəti “Azəriqaz” daşıyır. Sözsüz ki, danışıqlardan sonra problem öz həllini tapacaq”.

Qeyd edək ki, noyabrın 15-dən ölkə üzrə istilik təchizatının verilməsinə başlanılmalı idi. Amma hələ də Bakının bir çox yerlərində binalar və dövlət müəssisələrinə istilik verilməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
529 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...