“MTN-ə şikayət yazdım, 400 minlik yeyinti vardı...” - ŞİKAYƏT - FOTOLAR

“MTN-ə şikayət yazdım, 400 minlik yeyinti vardı...” -


“Səhər işə gəldim, mühərriki işə salmaq istəyirdim, dedilər yoxlama gəlib. Bir dəstə adam mənin gəmimə tökülüşdü. Biri düz mənim kabinetimə getdi, mən də arxasıyca düşdüm. Birbaşa gedib akkulmuyator yeşiyinin qapağını qaldırıb dedi ki, bu nədi? Gördüm ki, bağlama. Dedim bilmirəm nədi, açıb baxdıq, içində spirtli içki ilə partlayıcı maddə vardı. Dərhal onu kapitana təhvil verdim. Matros həmin partlayıcını dənizə atdı. Sonra da müdir məni çağırıb işdən qovdu. Başa düşdüm ki, əslində bağlamanı gəmiyə özləri qoymuşdular ki, məni şərləsinlər. Bu hadisə 2011-ci ilin yanvarın 7-də olub”.

Zirə sakini “Şimal-59” gəmisinin baş mexaniki Xanlar Ağayev “Qafqazinfo”ya müraciət edərək Abşeron rayon Dəniz Neft Donanma İdarəsindən haqsız olaraq işdən çıxarılması barədə danışarkən bunları deyib.

Xanlar Ağayevi həmin əşyanı gəmiyə gətirdiyinə görə işdən qovublar: “Mənim işdən çıxarılma əmrində göstərilib ki, Nizamnamənin 13-cü bəndinin “e” yarımbəndinə əsasən, yəni işçilərin həyatını təhlükə altında qoyduğum üçün çıxarılmışam. Xəzər rayon məhkəməsi şikayət ərizəmi təmin etmədi, apellyasiya şikayəti verdim. Orda mən məhkəməni uddum, qərara görə, İdarənin mənim işdən çıxarılmağım barədə qərarı və Xəzər rayon məhkəməsinin qərardadı ləğv edildi. Qərarda göstərilib ki, bu müddət ərzində işsiz qaldığım ayların əmək haqqısı idarə tərəfindən ödənilsin. Bu qərar 2011-ci ilin noyabrında verildi, amma 8 ay sonra sonra Donanma İdarəsi Ali Məhkəməyə şikayət verib Apellyasiyanın həmin qərarını ləğv etdirdi. Halbuki bu da qanunsuz idi, çünki 2 ay ərzində şikayət verilməli idi.

Ali məhkəmə işi təkrar apellyasiyaya göndərdi, bu dəfə Apellyasiya Məhkəməsinin hakimi Cəmilə Səfiyeva qərar çıxardı ki, Abşeron Rayon Dəniz Neft Donanma İdarəsinin mənim işdən çıxarılmağım barədə əmrinə düzəliş edilsin və mən 13-cü yox, 70-ci maddəsinin “c” bəndinə görə işdən azad olunum. Bu necə mümkündür ki, məhkəmə İdarəyə məni hansı maddə ilə işdən azad edilməyimi təklif edir? Mən 4 ildir qanunsuz olaraq işsizəm, oğlumu da işsiz qoyublar. Ailəmiz faktiki olaraq acından ölür”.

Xanlar Ağayev iddia etdiyi kimi İdarə rəhbərliyinin ona qarşı qərəzli mövqeyinin səbəbini onun yuxarı qurumlara yazdığı şikayətlərlə əlaqələndirir: “İdarənin rəisi Damət İmanov məndən 1000 manat pul aldı və dedi oğlumu kursa göndərəcək. Mənə dedi ki, bu pul kursun ödənişidir, kurs başa çatandan sonra da oğlumu işə götürəcək. Amma 7-8 ay keçsə də, nə oğlum kursa getdi, nə pulumu qaytardı. Mən də o vaxtkı rəis Mübariz Mədətova şikayət etdim. Onun tapşırığı ilə oğlum işə götürüldü. Mübariz müəllim dedi ki, əgər Damət sizi incitsə, mənə deyin. Mübariz müəllim vəzifədən gedən kimi Damət İmanov oğlumu işdən çıxartdı. Bundan başqa idarədəki yeyintilər, saxtaklarlıqlar barədə yuxarı qurumlara şikayətlər yazırdım. Rəhbərliyin qanunsuz hərəkətləri, işçilərlə kobud davranışı, mənə verilməli olan məzuniyyət pullarının mənimsənilməsi ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinə şikayətlər göndərmişəm. İkiqat ödənişlər, məzuniyyət pullarım düzgün ödənilmirdi, əlavə saxlayıb işlədirdilər, pulunu ödəmirdilər. MTN-ə yazandan sonra mənə qarşı bu planı qurdular. Həmin vaxt idarədə 400 min manatlıq yeyinti vardı. İdarə tərəfindən bizə qaimələr verilib. Özünüz də görürsünüz, 2008-ci ilin dekabrında mənə 1458 manat maaş yazılıb, onun 912 manatını tutub, mənə 546 manat pul veriblər. 2007-ci ilin dekabrında “Haqq-hesab vərəqi” hazırlanıb, amma orada mənim 2008-ci ildə neçə saat işləyəcəyim, nə qədər mükafat alacağım qeyd olunub. Həmin hesabatda göstərilib ki, mənim növbədə olduğum saatdan 1430 manat tutulub. Niyə? Bunu heç kim açıqlamır. Çünki yeyintiləri işçilərdən tutub bağlamaq istəyirdilər. Mən də bunlardan MTN-ə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə rəsmi şikayətlər göndərdim. Sonra da başıma bu oyunu açdılar”.

Xanlar Ağayev 4 il ərzində işsiz qalmasına görə almalı olduğu əmək haqqlarını, təxminən 40 min manatı tələb etdiyini deyib.


“MTN-ə şikayət yazdım, 400 minlik yeyinti vardı...” -
“MTN-ə şikayət yazdım, 400 minlik yeyinti vardı...” -
“MTN-ə şikayət yazdım, 400 minlik yeyinti vardı...” -
“MTN-ə şikayət yazdım, 400 minlik yeyinti vardı...” -
“MTN-ə şikayət yazdım, 400 minlik yeyinti vardı...” -
“MTN-ə şikayət yazdım, 400 minlik yeyinti vardı...” -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
574 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...