“Vergilər Nazirliyinin əlindən sahibkarı zorla aldım” - Deputat
“Elə Vergilər Nazirliyində də belə hadisənin şahidi olmuşdum, sahibkardan 35 min pul tələb edirdilər. Həmin sahibkarı zorla onların əlindən almışdım”. Bu sözləri Çingiz Qənizadə ANS telekanalında efirə gedən “Deməsək olmaz” proqramında səsləndirib.
Ç.Qənizadə daha sonra Milli Təhlükəsizlik Nazirliyinin (MTN) nüfuzunun necə geri qaytarılması məsələsində də təkliflər irəli sürüb. O, bildirib ki, bütün dövlət qurumlarında, icra orqanlarında istintaq idarələri ləğv edilməlidir:
“MTN-in nüfuzunun qaytarılması yollarından biri də bu nazirliyin tərkibindəki istintaq təcridxanasını ləğv etməkdir. İnsanları orada bir saatdan atrıq saxlamaq hüququ olmadan günlərlə saxlayıb əziyyət vermək olmaz. Ümumiyyətlə çox istərdim ki, digər qurumlarda da istintaq idarələri ləğv edilsin, ölkədə vahid istintaq idarəsi yaradılsın. Sahibkarları müxtəlif üsullarla hədələyirdilər, bir mərtəbədə tuturdular, digər mərtəbədə istintaq işi açırdılar. Ölkədə vahid istintaq idarəsi yaradılmalıdır və onun üzərində də professional rəhbərliyi Azərbaycan Respublikasının Prokurorluğu həyata keçirməlidir”.
547 dəfə oxundu