Rusiya aviasiyası İŞİD-in Suriyadakı üç neft kompleksini bombalayıb

Rusiya aviasiyası İŞİD-in Suriyadakı üç neft kompleksini bombalayıb


Rusiyanın bombardmançı təyyarələri İŞİD terror qruplaşmasının Suriyadakı mənzil-qərargahını, üç neft kompleksini və neft kəmərinin nasos stansiyasını məhv edib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya SQ Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Andrey Kartapolov bildirib.
“Zərbələr nəticəsində mənzil-qərargah, üç yanacaq və silah-sursat anbarı, partladıcı qurğuların istehsalı zavodu, komanda məntəqəsi, minaatanların istehsalı və təmiri müəssisəsi, habelə, üç neft kompleksini və neft kəmərinin nasos stansiyasını məhv edilib”, deyə o bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
345 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...