Azərbaycanlı milyonçunun oğlunu hansı “vor zakon” oğurlatdırıb? VİDEO

Azərbaycanlı milyonçunun oğlunu hansı “vor zakon” oğurlatdırıb?


Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk üzrə keçmiş sədri, hazırda biznes fəaliyyəti ilə məşğul olan Malik Pirverdiyevin oğlunu oğurlayıblar. Xəzərnews.az xəbər verir ki, M.Pirverdiyevin oğlu bir neçə müddətdir oğurlansa da bu fakt ictimaiyyətdən gizli saxlanılır, yalnız onun itkin düşdüyü barədə informasiyalar verilir.
Azərbaycanlı milyonçunun oğlunu hansı “vor zakon” oğurlatdırıb?

M.Pirverdiyevin oğlu Camal Pirverdiyev 1993-cü ildə anadan olub, 22 yaşı var, sosial şəbəkələrdə fəal olub və komfort həyat tərzini nümayiş etdirməyi çox xoşlayıb. İnternetdə axtarışlar zamanı hətta C.Pirverdiyevin Ukraynada söz-söhbətə səbəb olan bir neçə hadisədə iştirakı ilə də rastlaşmaq mümkündür.

Ukrayna internet saytlarında C.Pirverdiyevin 2015-ci il, oktyabrın 14-də itkin düşdüyü barədə informasiyalar yer alıb. Bildirilir ki, M.Pirverdiyev Donetskdə nüfuzlu azərbaycanlı iş adamlarındandır. Onun oğlunun Azərbaycanda çəza çəkən “Quli” ləqəbli “qanuni oğru”nun adamları tərəfindən oğurlandığı iddia olunur.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
478 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...