"7 rayon Azәrbaycanın nәzarәtinә qaytarılmalıdır" - Uorlik

"7 rayon Azәrbaycanın nәzarәtinә qaytarılmalıdır" -


“Mәn daha әvvәl Karnegi Fondunda çıxışım zamanı da bildirmişdim ki, hәrtәrəfli hәllin bir hissәsi kimi Dağlıq Qarabağ әtrafındakı 7 rayon Azәrbaycanın nәzarәtinә qaytarılmalıdır".

ANS PRESS-in məlumatına görə, bu sözləri APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana son səfərindən sonra Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun qaytarılmasının gündəmə gəlməsi barədə məlumatlara münasibət bildirərkən deyib.

C.Uorlik bildirib ki, həllin digər vacib elementi Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi olacaq.

"Bu elementləri özündə birləşdirən həllə çatmaq üçün siyasi iradə tapmaq prezidentlər üçün çox vacibdir”, - deyə C. Uorlik vurğulayıb.


Ceyms Uorlik - ATƏT-in Minsk qrupunun amerikalı həmsədri


Noyabrın əvvələrində Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan səfərindən sonra erməni KİV-ləri Dağlıq Qarabağ ətrafında yeddi rayonun qaytarılacağı barədə məlumat yaymışdılar. Mətbuat qeyd edirdi ki, Lavrovun bu səfərində əsas məqsəd rayonların qaytarılmasına Ermənistan hakimiyyətini məcbur etməkdir. Ermənistanın müxalifyönlü “Aykakan jamanak” qəzeti Lavrovun səfərinin əsas məqsədinin münaqişənin həlli üçün Rusiyanın təşəbbüsünün kulisarxası proseslə bağlı olduğunu yazır.

Amma yayılan məlumatlara aydınlıq gətirən Rusiyanın Ermənistandakı səfirliyi bildirib ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Ermənistan tərəfi ilə aparılan danışıqlar çərçivəsində hər hansı ərazinin güzəşt olunması ilə bağlı heç bir məsələ müzakirə olunmayıb. Rusiya bu məsələni müzakirə etməsə də belə 2008-ci ilə də qəbul edilən Madrid prinsiplərinə görə, Ermənistan qoşunlarını Dağlıq Qarabağ ətrafındakı rayonlardan çıxarmalıdır, daha sonra Dağlıq Qarabağın statusu barədə danışıqlar başlamalıdır. Ermənistan indiyə kimi məsələ ilə razılaşmır və əvvəlcə statusu müəyyən etməyi vacib sayır.

Rusiya və münaqişənin həllini üzərinə götürən digər dövlətlər üçün münaqişə tərəflərindən özü üçün qazanclar əldə etmək istəyirlər. Məsələn, Moskva Dağlıq Qarabağa yerləşdiriləcək sülhməramlıların Rusiya ordusunun əsgərləri olmasını əsas şərt olaraq irəli sürür. Bu, sonradan Moskva üçün Dağlıq Qarabağın geri qaytarılması naminə Azərbaycanın da Avrasiya İttifaqına daxil edilməsini təmin edə bilər. Fransa və ABŞ isə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini desə də, zaman-zaman yürütdükləri siyasətlə dedikləri sözləri kölgə altında qoyurlar. Ermənistanda səfərdə olan ABŞ nümayəndə heyətinin üzvüləri Dağlıq Qarabağa hümanitar yardımların davam etdiriləcəyini dediyi halda həmin ölkənin Minsk qrupundakı nümayəndəsi isə 7 rayonun qaytarılmalı olduğunu söyləyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
456 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...