“YAP Azərbaycanda sabitliyə xidmət edən əsas siyasi qüvvədir“ SİYAHI

“YAP Azərbaycanda sabitliyə xidmət edən əsas siyasi qüvvədir“


Yeni Azərbaycan Partiyası Azərbaycanda sabitliyə, əmin-amanlığa və davamlı inkişafa xidmət edən əsas siyasi qüvvədir

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter-dəki səhifəsində yazıb.

N.Məmmədov qeyd edib ki, Azərbaycanın və YAP-ın nailiyyətlərlə dolu yolu uzun illər davam edəcək: "Yeni Azərbaycan Partiyası təkcə Azərbaycanın deyil, həm də regionun ən böyük siyasi partiyasıdır. Ümummilli liderin bizə ərməğanı olan bu partiya ölkədə sabitliyə, əmin-amanlığa və davamlı inkişafa xidmət edən əsas siyasi qüvvədir. Azərbaycanın və YAP-ın nailiyyətlərlə dolu yolu uzun illər davam edəcəkdir. Bütün Yeni Azərbaycan Partiyası üzvlərini təbrik edirəm!"



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
413 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...