Türkiyədə MİT əməliyyatı: 15 “Mossad“ casusu həbs olundu

Türkiyədə MİT əməliyyatı:

MİT casusluq məqsədi ilə fəaliyyət göstərən 15 nəfərlik "Mossad" şəbəkəsini çökdürüb.

Yenisabah.az "Milliyet"ə istinadla xəbər verir ki, MİT-in 200 nəfərlik komandası 3 nəfərlik qruplardan təşkil olunan şəbəkəni 1 il ərzində kölgə kimi izləyib.

Türkiyədə casusluq fəaliyyəti ilə məşğul olan qrupun İsrail dövləti üçün əhəmiyyətli məlumatlar və sənədlər əldə etməklə məşğul olduğu üçün beynəlxalq casusluq ittihamı ilə həbs edilib.

İstanbul Baş Prokurorluğu İsrail kəşfiyyat xidməti ilə əlaqəli şəxslərin Türkiyədəki Fələstin və Suriya vətəndaşları ilə əlaqə qurduğunu bildirib.

Casus qrupu İsrail dövləti üçün əhəmiyyətli olan məlumat və sənədləri əldə etmiş, ödənişlər beynəlxalq pul köçürmə şirkətləri, pul köçürmə büroları və canlı kuryerlər vasitəsi ilə həyata keçirib.

Saxlanılma prosesləri başa çatdıqdan sonra oktyabrın 19-da ədliyyə binasına gətirilən 15 şübhəlinin ilkin ifadələri alınıb.

Qrup barədə həbs-qətiimkan qərarı çıxarılıb və o, Maltəpə cəza müəssisəsinə aparılıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
223 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...