Sabiq deputat Maksim Musayev vəfat edib

Sabiq deputat Maksim Musayev vəfat edib
Milli Məclisin sabiq deputatı Maksim Musayev vəfat edib. "Report" xəbər verir ki, bu barədə mərhumun oğlu Emin Musayev məlumat yayıb.

Məlumata görə, M.Musayev 83 yaşında ürəıktutmadan dünyasını dəyişib. Qeyd edək ki, M.Musayev 1938-ci ilin avqustun 18-də anadan olub.

O, 1982-ci ildən Qax Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışıb. M.Musayev 1990-cı ildən Xızı Rayon Partiya Komitəsinin birinci katibi, sonra rayon Sovetinin sədri və 1991-1992-ci illərdə isə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

O, 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
143 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...