Rəngli inqilablardan danışan Lukaşenko Qərbi hədələdi

Rəngli inqilablardan danışan Lukaşenko Qərbi hədələdi
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin Qazaxıstandakı vəziyyəti həll etmək səyləri bütün dünyaya sıx müttəfiqlik əlaqələrini, təşkilatın imkan və potensialını göstərdi”.

"BELTA" xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Qazaxıstanda missiyasını başa vurmuş sülhməramlı kontingentlə görüşündə deyib.

“Müttəfiq ölkələrdən qoşunların kontingentinin ən qısa müddətdə köçürülməsi dövlətin məhv edilməsi təhlükəsini aradan qaldırdı, ölkədə vəziyyətin sabitləşməsini və konstitusiya quruluşunun bərpasını təmin etdi”, - Aleksandr Lukaşenko bildirib.

“Bizim ümumi səylərimiz təkcə xaricdən idarə olunan terrorçuların və ekstremistlərin şövqünü soyutmadı, həm də bütün dünyaya sıx müttəfiqlik əlaqələrini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının həyat qabiliyyətini və potensialını göstərdi”.

Dövlət başçısı qeyd edib ki, Qazaxıstanda keçirilən əməliyyatla ilk dəfə KTMT-nin sülhməramlı qüvvələri faktiki olaraq üzv dövlətlərdən birinin təhlükəsizliyinin, sabitliyinin və bütövlüyünün təmin edilməsinə cəlb olunub.

"Sizin missiyanızın uğurunu rəngli inqilablar adlandırılanlarla mübarizənin effektiv mexanizminin yaranması kimi qiymətləndirmək olar", - prezident bildirib.

Belarus prezidenti qeyd edib ki, KTMT-nin Qazaxıstandakı əməliyyatı Belarus-Rusiya sərhədinin perimetri boyunca qılınc itiləyən hər kəs üçün bir siqnaldır. Bununla da o, dolayısı ilə Qərbi hədələyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
304 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...