4-cü doza peyvənd immuniteti zəiflədirmiş - XƏBƏRDARLIQ

4-cü doza peyvənd immuniteti zəiflədirmiş -

Koronavirusa qarşı peyvəndin 4-cü dozasının yaxşı nəticələr göstəmədiyi məlum olub.

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, araşdırma İsraildə yerləşən Şeba xəstəxanasında aparılıb.

Belə ki, peyvəndin 4-cü dozasının koronavirusun “Omicron” variantına qarşı kifayət qədər qoruyucu olmadığı məlum olub. Bundan əlavə, tez-tez peyvənd edilmənin immunitet sisteminin mübarizə qabiliyyətini zəiflədə biləcəyi də vurğulanıb.

Ötən ay xəstəxanada 270-dən çox tibb işçisinə peyvəndin 4-cü dozası tətbiq edilib. Onlardan 154-ü “Pfizer/BioNtech” peyvəndi, 120-si isə “Moderna” peyvəndi vurdurub. Araşdırmaya görə, 4-cü doza 3-cüdən daha çox antikor verir, lakin asanlıqla ötürülən “Omicron” variantının orqanizmə yoluxmasının qarşısını almır.

İsrailli immunologiya professoru Doron Melamedin fikrincə, tez-tez peyvənd olunmaq immuniteti zəiflətmək təhlükəsi yaradır. 4-cü doza daha sonra yaranacaq yeni variantlarda bədənin virusa cavab verməyini çətinləşdirə bilər.

Qeyd edək ki, İsrail peyvəndin 4-cü dozasını tətbiq edən ilk ölkədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
325 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...