Bələdiyyələr 12 ildir xəritəsiz qalıb - PROBLEM

Bələdiyyələr 12 ildir xəritəsiz qalıb -

Torpaqların elekron kadastr uçotu məlumatlarına əsasən bələdiyyə xəritələrinin hazırlanması dalana dirənib. 12 ildir bələdiyyələr yeni xəritə gözləyir, dövlət qurumları isə müxtəlif açıqlamalar verərək vəziyyəti daha da çətinləşdirirlər. Xəritələrin olmaması isə bələdiyyələrin fəaliyyətinə, torpaqlarının dəqiqləşməsinə, vergilərin toplamasına və s. mənfi təsir göstərir.

İndex.az xəbər verir ki, məsləni aydınlaşdırmaq üçün “Bələdiyyələrin Fəaliyyətinin Təbliği” İctimai Birliyini sədri Vüqar Tofiqli Əmlak Məsələləri Dövlət Xidmətinə suallar dolu məktub ünvanlayıb. Sədr bələdiyyələrin mülkiyyətinə torpaq və əmlakın verilməsi prosesinin nə vaxt başa çatdırılmasına, elektorn xəritələrin taleyinə, eləcə də Xidmətin bələdiyyələrin inkişafı ilə bağlı hansı töfhələr verə biləcəyinə aydınlıq gətirilməsini xahiş edib.

Xidmətin rəisinə ünvalanan 7 suala Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Fərid Cəfərov lokanik cavab verib. Bildirib ki, bələdiyyələr fəaliyyətə başladıqları 2000-ci ildən 2007-ci ilin dekabrınadək onların mülkiyyətinə verilmiş torpaqların idarəetməsini bilavasitə həyata keçiriblər:

“Bələdiyyə torpaqlarının hərrac və müsabiqə vasitəsilə verilməsinə keçid məqsədilə 2007-ci ilin dekabrından 2008-ci ilin dekabr ayınadək ölkədə bələdiyyələr tərəfindən hər hansı məqsədlər üçün torpaq ayrılması (satılması) dayandırılıb. 12 dekabr 2008-ci ildə Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Qanunu ilə bələdiyyə torpaqlarının yalnız hərrac və müsabiqə vasitəsilə satılması və ya icarəyə verilməsi nəzərdə tutulub. Yaranan tarixdən 2008-ci ilin avqustuna qədər bələdiyyələrə torpaq sahəsinin satılması ilə yanaşı həm də onların mülkiyyətində olan torpaqların kateqoriyasının dəyişdirilməsi səlahiyyəti də verilib. Bu məsələnin dövlətin nəzarətində saxlanılması üçün 2008-ci ildə Torpaq Məcəlləsinə edilən dəyişiklikdən sonra kateqoriyanın dəyişdirilməsi, eləcə də bələdiyyələrə əlavə torpaq sahələrinin ayrılması onlardan alınaraq Nazirlər Kabinetinə verildi”.

F.Cəfərov elektorn xəritələrin hazırlanmasına da toxunub. Onun sözlərinə görə, hazırda bələdiyyələr onların mülkiyyətinə verilmiş torpaqların idarəetməsini “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanun və bir sıra normativ –hüquqi aktlardan, habelə Torpaq Məcəlləsinin müddəlarından istifadə etməklə həyata keçirirlər:
“Prezidentin 24 may 2010-cu il tarixli fərmanı ilə təsdiq edilən “Bələdiyyələrin dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması qaydaları”na uyğun olaraq torpaqların elekron kadastr uçotu məlumatlarına əsasən bələdiyyə xəritələri hazırlanaraq mərhələli şəkildə Milli Məclisə təqdim olunmaq üçün Prezidnet Administrasiyasına təhvil verilir”.

Beləliklə, verdiyi suallara cavab ala bilməyən V.Tofiqli bu dəfə İqtisadiyyat Naziri Mikayıl Cabbarova müraciət edərək bələdiyyələrin problemlərinə biganə yanaşan qurumun araşdırılmasını, Xidmətə ünvanlanan suallara dolğun cavab verilməsini xahiş edib:

“74 gün keçdikdən sonra suallarımıza əsaslandırılmış cavab əvəzinə tamam başqa bir məqamın vurğulanması bizi həm də vətəndaş cəmiyyətinin təmsilçisi olaraq hiddətləndirib. 7 suala bir “nağılvari” cavabın yazılması həm də Nazirliyin cəmiyyətdə yaranmış müsbət imicinə xələl gətirdiyini də unutmamalıyıq. Məsuliyyətsizlik edilərək əsaslandırılmamış cavab verilməklə, yanaşı cavab məktubunun ləngiməsi barədə vətəndaşa, yəni bizə, xəbərdarlıq məktubu göndərilməməsi, etiraf edək ki, xidmət rəsmilərinin ölkəmizdə vətəndaş məmnunluğunu layiqincə təmin etməsini şübhə altına alır. Mikayıl müəllim, Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanladığımız 04 mart tarixli müraciətimizin, yəni yeddi sualın tam və əsaslandırılmış formada cavabın verilməsinə yardımçı olmağınızı Sizdən xahiş edirik. Düşünürük ki, Əmlak məsələləri Dövlət Xidmətinə ünvanlanan müraciətlərə etinasız və məsuliyytəsiz cavabların verilməsi qınanılmalı və bu gün belə hallara təkrar yol verilməməsi üçün ciddi addımların atılmasına ehtiyac vardır”.
Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
847 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...