Həcc ziyarətinin qiymətləri açıqlandı 5350 ABŞ dolalrı

Həcc ziyarətinin qiymətləri açıqlandı

Azərbaycandan həcc ziyarəti üçün kvota və qiymət müəyyənləşib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, bu il Azərbaycana həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb:

“Həcc ziyarətinin qiyməti 5350 ABŞ dolları müəyyən olunub. Həcc ziyarətinin iyunun 24-dən iyulun 20-nə qədər olan müddətdə həyata keçirilməsi gözlənilir”.

Şöbə müdiri deyib ki, həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verməlidirlər:

“Eyni zamanda iki doza vaksin tələb olunur (Pfizer-BioNTech vaksini - 2, Moderna - 2, Oxford-AstraZeneca - 2, Janssen - 1, Covovax - 2, Nuvaxovid - 2, Sinopharm - 2, Sinovac - 2, Covaxin - 2, Sputnik-V - 2 doza). 30.06.1957 təvəllüddən aşağı olan şəxslərin həcc ziyarətinə icazə verilmir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1071 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...