Bu gün 9 nəfər yoluxdu

  Bu gün 9 nəfər yoluxdu
Azərbaycanda koronavirusa 9 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gundeminfo.az verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 723 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 964 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 49 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 793, bu günə qədər isə ümumilikdə 6 877 141 test icra olunub.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
930 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...