Putin jurnalistin ölümündə ittiham olunur

Putin jurnalistin ölümündə ittiham olunur
Hazırda fəaliyyətini dayandırmış “Legal Petersburg Today” nəşrinin baş redaktor müavini Anatoli Levin-Utkin Vladimir Putinin Federal Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə qanunsuz təyin edilməsi barədə məqalə yazdıqdan bir həftə sonra ölü tapılıb

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, jurnalistin qətli "Radio Svoboda" və "Nastoyaschee Vremya"nın Putinin hakimiyyətdə ilk addımlarının xüsusi layihə-araşdırmasında xatırladılıb.

Belə ki, 1998-ci il iyulun 25-də Putin FSB-nin direktoru təyin edilib. Avqustun 12-də “Legal Petersburg Today” qəzetində “Polkovnik-leytenant Putin FSB-yə qanunsuz rəhbərlik edib” sərlövhəli məqalə dərc edilib. Məqalədə deyilirdi ki, ştat cədvəlinə əsasən, bu xüsusi xidmətə ən azı general-leytenant rütbəsi olan şəxs rəhbərlik edə bilər, ona görə də Vladimir Putin qanunu pozaraq bu vəzifəni alıb.

Daha sonra Putinin “ilk tərcümeyi-halı” adlandırılan material “A.Kyrylenko” redaktor təxəllüsü ilə imzalanıb. Müstəntiqlər bu məqalənin müəlliflərindən birinin baş redaktorun müavini Anatoli Levin-Utkin olduğunu öyrəniblər. Səkkiz gün sonra, iyulun 20-də ona hücum edilib. Naməlum şəxslər Levin-Utkini armaturla döyüblər və o, 4 gün sonra xəstəxanada ölüb. Qatillər heç vaxt tapılmayıb.

“Legal St. Petersburg Today” qəzetinin o zamankı baş redaktoru Aleksey Domnin jurnalistlərə bildirib ki, məqalə dərc olunandan sonra onu “Putin adamı” qarşılayıb. Bu şəxs, Domninin dediyinə görə, Anatolini “Putinin pis fotosuna görə” günahlandırıb.

"Radio Svoboda" Vladimir Putinin təyinatı zamanı pozuntular barədə həmin məqaləni tapıb dərc edib.

Putin jurnalistin ölümündə ittiham olunur


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
72 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...