AMB inflyasiya artımının səbəblərini AÇIQLADI

AMB inflyasiya artımının səbəblərini
İnflyasiyanın nə üçün bu qədər yüksəldiyi və davamlı olub-olmayacağı hazırda aktiv müzakirə mövzusudur. Yekdil yanaşma ondan ibarətdir ki, qlobal səviyyədə yüksək inflyasiya əsasən təklifin - bərpa olunan tələbə adekvat reaksiya verə bilməməsinin nəticəsidir.

Gundeminfo.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Pul siyasəti departamentinin direktor müavini Elçin Güləliyev bildirib.

E.Güləliyev buna səbəb olan bir neçə vacib amili sadalayıb:

"Hər şeydən əvvəl, təchizat zəncirindəki problemlərdən danışmaq lazımdır. Pandemiyadan sonra bir çox məhdudiyyətlərin aradan qaldırılması nəticəsində iqtisadiyyatın bərpası, son istehlak mallarına və aralıq məhsullara tələbin artımı, stokların artırılması və s. təczihat zəncirindəki qırılmalar səbəbindən müxtəlif tədarük problemlərinə və gecikmələrə səbəb oldu. İstehlakçıların alışlarında əhəmiyyətli dəyişiklik baş verib, qeyri-ərzaq məhsulları və xidmətlərə olan ertələnmiş tələb istehakı xeyli artırdı. Bu halda istehsalçıların artan xərcləri qiymətlərə ötürüldü.

İkincisi, dünyanın aparıcı iqtisadiyyatlarında iri həcmli fiskal stimul və post-pandemiya istehlakın artması. Pandemiya ilə mübarizə aparmaq üçün dünya miqyasında əsasən inkişaf etmiş ölkələrdə təxminən 16.9 trilyon dollarlıq fiskal tədbirlər həyata keçirilib. Təkcə Birləşmiş Ştatlarda 1.9 trilyon fiskal stimul proqramı həyata keçirilib (Amerika Qurtuluş Planı). Böyük fiskal stimul proqramlarının yumşaq monetar siyasət ilə kombinasiyasının yüksək və davamlı inflyasiyaya səbəb olacağı barədə ekspertlər də xəbərdarlıq edirdilər.

Üçüncüsü, bərpa nəticəsində enerji məhsullaırna tələbin artması və əmək bazarında bərpa prosesləri. Gözlənildiyi kimi pandemiyadan sonra istehsalın bərpası enerji məhsullarına da tələbi artırdı və bu da stokların azalmasına və qiymətlərin yuxarıya doğru hərəkətinə səbəb oldu. Eyni zamanda işsizlik hələ də pandemiyadan əvvəlki səviyyədən yuxarıda olsa da, bir çox ölkələrdə əmək bazarında iştirak səviyyəsinin sürətlə bərpası İnkişaf etmiş ölkələrdə istehlakın artımına səbəb olub.

Dördüncüsü, Geosiyasi gərginliyin pik həddə çatması, xüsusən də regionda müharibə nəticəsində enerji və ərzaq tədarükündə çətinliklər, qarşılıqlı sanksiya, enerji və ərzaq qiymətlərinin bahalaşmasına gətirib çıxardı ki, bu da istər-istəməz qlobal miqyasda inflyasiyanı daha da sürətləndirib".

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
65 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...