Uşaqlara qoyulan rayon və şəhər adları - SİYAHI

Uşaqlara qoyulan rayon və şəhər adları -
Yəqin ki, Azərbaycanda yeni doğulan körpələrə rayon və şəhər adlarının verilməsi hallarından çoxları xəbərsizdir. Maraqlıdır ki, belə faktlar var.

Modern.az-ın Ədliyyə Nazirliyindən əldə etdiyi məlumata görə, bəzi valideynlər hansısa şəhər və ya rayonun adına şəkilçi və ya köməkçi söz əlavə etməklə onu övladına verib. Bəzi rayon adları isə elə olduğu kimi uşaqlara qoyulub.

Məsələn, son beş ildə dörd uşağa Tovuz adı verilib.

Bir körpəyə Gəncə, altısına Gəncəli, birinə Gəncəbanu adı qoyulub.

2021-ci ildə dünyaya gələn bir körpə qız Şuşa adlandırılıb.

Son beş ildə iki uşağa Quba, birinə Qubaxanım ismi qoyulub.

Valideynlər bir körpəni Şəmkir, birini Şəki adlandırıblar.

Bundan başqa, Şəki adına uyğunluq təşkil edən yeni isimlər də düzəldilib. Belə ki, bir uşağa Şəkixanım, birinə Şəkiyə, birinə Şəkixan, birinə Şəkibə adı verilib.

Hazırda bir uşaq Zərdabi, bir uşaq Kəpəz, biri Ağsurə adı ilə böyüyür.

Son beş ildə 335 körpəyə Oğuz adı qoyulub. 88 uşaq Oğuzxan, dördü Oğuzcan adlandırılıb.

Son beş ildə 50 körpəyə Nəsimi, 321-nə Nizami, altısına Xətai, 197 körpəyə Xəzər, 65-nə Füzuli adı verilib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
143 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...