Aİ-92 benzini qıtlığı var? - Açıqlama

Aİ-92 benzini qıtlığı var? -
Azərbaycanda yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsinə malik olan “Azpetrol” şirkətinin respublika ərazisində, o cümlədən Tovuz rayonunda yerləşən YDM-də yanacaq satışı adi qaydada davam edir.

Bunu “Azpetrol” şirkətinin mətbuat katibi Ülviyyə Hüseynova “APA-Economics”ə açıqlamasında bildirib.

“Azpetrol” YDM-də yanacaq həmişə olub və hazırda da var. Yanacağın satışında məhdudiyyətlər yoxdur və limitlər tətbiq edilmir”, - Ülviyyə Hüseynova vurğulayıb.

Azərbaycan ərazisində neft məhsullarının topdan və pərakəndə satışını həyata keçirən “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəylinin sözlərinə görə, şirkətin respublika ərazisində avtomobil yanacağının həm topdan, həm də pərakəndə satışında heç bir problemlər və ya məhdudiyyətlər yoxdur.

Tovuz rayonunda avtomobil yanacağının satışında yaranan problemlərlə bağlı suala cavab verən Üzeyir Həbibbəyli qeyd edib ki, “SOCAR Petroleum” şirkətinin qeyd olunan rayonda YDM mövcud deyil.

Qeyd edək ki, son vaxtlar sosial şəbəkələrdə Tovuz rayonu ərazisində “Aİ-92” markalı benzinin satışında problemlərin yarandığı barəsində məlumatlar yayılıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
294 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...