Rusiya Ermənistana nota verdi

Rusiya Ermənistana nota verdi
Rusiyanın Ermənistandakı səfirliyi İrəvandakı “Surmalu” topdansatış bazarında baş vermiş partlayışda əli olması ilə bağlı Rusiya strukturlarına qarşı saxta ittihamlarla əlaqədar respublikanın Xarici İşlər Nazirliyinə nota göndərib.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya diplomatik missiyasının mətbuat xidməti məlumat yayıb.
“Biz bu il avqustun 14-də “Surmalu” ticarət mərkəzinin ərazisində baş vermiş faciədə Rusiya strukturlarına qarşı küfr və saxta ittihamları özündə əks etdirən, yerli informasiya məkanında şişirdilmiş rüsvayçılıqdan qəzəbləndiyimizi bildiririk. Müvafiq nota səfirlik tərəfindən Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinə göndərilib”, - məlumatda bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
214 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...