Almaniya beşinci nəsil “F-35”lər almaq niyyətindədir

Almaniya beşinci nəsil “F-35”lər almaq niyyətindədir
Almaniya 2022-ci ilin sonunda Amerikanın beşinci nəsil “F-35” qırıcılarının alınması üçün müqavilə bağlamağı planlaşdırır.

“Report” xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

O qeyd edib ki, “F-35”lər Almaniyanın NATO-da nüvə iştirakına töhfə verməyə davam edə bilməsi üçün lazımdır. Nüvə silahlarının paylaşılması Alyansın çəkindirmə konsepsiyası ilə bağlıdır.

Almaniyada atom bombası olmamasına baxmayaraq, alman təyyarələri hərbi əməliyyatlar zamanı Amerika nüvə başlıqlarını daşıya bilər. İndiyədək bu vəzifə Bundesverlə xidmətdə olan “Tornado” kəşfiyyat təyyarələrinə həvalə edilib. Onların 2025-ci ildə başa çatacağı gözlənilir.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
214 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...