İsrailin Qəzzada hərbi əməliyyatı üçüncü mərhələyə daxil olub

İsrailin Qəzzada hərbi əməliyyatı üçüncü mərhələyə daxil olub


İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyat Fələstin anklavında yerüstü əməliyyatlarının genişləndirilməsini əhatə edən üçüncü mərhələyə daxil olub.

“Report” xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

“Biz müharibənin ortasındayıq. Üçüncü mərhələ Qəzza zolağına qurudan nüfuzun genişləndirilməsidir”, - Netanyahu əlavə edib.

O xatırladıb ki, İsrail üçün əsas məqsəd Fələstinin HƏMAS radikal qruplaşmasının hərbi və inzibati potensialını tamamilə məhv etməkdir. Onun sözlərinə görə, İsrail ordusu sistemli və güclü şəkildə irəliləyir.

Bundan əlavə, İsrail ordusu Livandan endirilən zərbələrə görə şimal cəbhəsində yüksək hazırlıq vəziyyətinə gətirilib: “HƏMAS məğlub olacaq, başqa Qəzza olacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
531 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...