Yas yerində israfçılıq qadağan ediləcək? – Yeni qanun gündəmdə

Yas yerində israfçılıq qadağan ediləcək? –
"Qanunvericiliklə yas mərasimlərinin təşkili ilə bağlı konkret mexanizmin tətbiqi mümkündür. Ümumiyyətlə qanunvericilik nəzəri baxımdan, xalqa xidmət etməlidir”.

Bu sözləri “Yeni Sabah”a danışan vəkil Sadiq Əfəndiyev deyib. O bildirib ki, yas yerlərinin təşkili ilə bağlı qanun qəbul edilə bilər:

“Qanunvericiliklə yas mərasimlərinin təşkili ilə bağlı konkret mexanizmin tətbiqi mümkündür. Ümumiyyətlə qanunvericilik nəzəri baxımdan, xalqa xidmət etməlidir. Ola bilər ki, hansısa cəmiyyətdə, dövlətdə bunun qanunvericiliklə tənzimlənməsi ironiya yarada bilər. Ancaq elə cəmiyyətlər də var ki, qanunvericilik müdaxilə etməsə, alınmır. İctimai rəy çoxluq olaraq formalaşırsa ki, bu qanunvericiliyə salınmalıdır, təbii ki, yas yerlərinin təşkili ilə bağlı qanun qəbul edilə bilər. Bizdə istər toy məclisləri, istər yas məclislərində boşluqlar var. Yas yerləri yas yerinə yox, sanki yemək-içmək məclisinə oxşayır”. Dördpendirli pizza

Hüquqşünas qeyd edib ki, yas yerləri ilə bağlı hansısa məhdudlaşdırma şəxsi həyata müdaxilə deyil:

“Yas yerləri ilə bağlı hansısa məhdudlaşdırma şəxsi həyata müdaxilə deyil. Ümumiyyətlə bunu deyən adamlardan soruşmaq lazımdır ki, şəxsi həyata müdaxilə deyəndə nə başa düşürsən? Elə məsələlər var ki, qanun müdaxilə etməsə alınmır. Burada şəxslərdən söhbət getmir, ictimai mənafedən gedir. İsrafçılıq məsələsinə gəlincə, qanunvericilikdə belədir ki, söhbət başqasının əmlakını israf etməkdən gedirsə, məsuliyyət yaradır. Məsələn, işlədiyin qurumun, qonşunun, dövlət əmlaksının və s. Lakin şəxsi vəsaitin hesabına alınan hansısa məhsulu istifadə etmədən atmaq qanunvericiliyin pozulması deyil”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
46 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...