Zelenski ona “Ukrayna Qəhrəmanı” adını verdi

Zelenski ona “Ukrayna Qəhrəmanı” adını verdi
Ukrayna Prezidenti Volodimir Zelenski Krım tatarlarının lideri Mustafa Cəmilevə “Ukrayna Qəhrəmanı” fəxri adını verib.

“Qafqazinfo” xəbər verir ki, Zelenski bu barədə sosial media hesabında paylaşım edib:

“Krım tatar xalqının lideri Mustafa Cəmilevin bu gün 80 yaşı tamam olub.
Ətraflı

Mən onu təbrik etdim və Ukraynanın və Krım tatar xalqının azadlığını müdafiə etdiyinə görə təşəkkür etdim. Mən də onu “Ukrayna Qəhrəmanı” adına layiq gördüm.

Mustafa Cəmilev bütün həyatını milli azadlığın müdafiəsinə həsr etmiş güclü, ləyaqətli və cəsur bir insandır.

Mən ona hamımızın arzuladığını arzuladım. Həmçinin, Ukraynaya qələbə, bütün ölkəmizə azadlıq dilədim. Biz Krımın azad olunmasını yaxınlaşdırmaq üçün hər cür səy göstəririk”, - deyə Zelenski bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
388 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...