İsrail ordusu Qəzzada Əl-Şifa xəstəxanasında əməliyyata başlayıb

İsrail ordusu Qəzzada Əl-Şifa xəstəxanasında əməliyyata başlayıb
İsrail ordusu Qəzza zolağının ən böyük xəstəxanası olan Əl-Şifa ərazisində əməliyyata başlayıb.

“Report” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Kəşfiyyat məlumatlarına və əməliyyat zərurətinə əsaslanaraq, İsrail ordusu Əl-Şifa xəstəxanası ərazisində HƏMAS-a qarşı dəqiq və məqsədyönlü əməliyyat keçirir”, - məlumatda bildirilir.

Qeyd olunur ki, xəstəxanadakı əməliyyatda iştirak edən ordu qüvvələri arasında “bu çətin və həssas mühitdə HƏMAS-ın canlı qalxan kimi istifadə etdiyi mülki şəxslərə zərər verməmək üçün” xüsusi təlim keçmiş tibbi qruplar və ərəbdilli şəxslər var.

Mətbuat xidməti yazır ki, İsrail dəfələrlə HƏMAS-ın xəstəxanadan hərbi istifadəsinin "onun beynəlxalq hüquq çərçivəsində qorunan statusunu təhlükə altına qoyduğu barədə xəbərdarlıq edib və bu qeyri-qanuni sui-istifadəni dayandırmaq üçün kifayət qədər vaxt verib".

"Biz xəstəxanada olan bütün HƏMAS terrorçularını təslim olmağa çağırırıq", - məlumatda vurğulanır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
373 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...