Rusiya məktəblərində mobil telefondan istifadə qadağan edilir

Rusiya məktəblərində mobil telefondan istifadə qadağan edilir
Rusiya Federasiyasının Dövlət Dumasına məktəblərdə, hətta təhsil məqsədləri üçün telefondan istifadəni qadağan edən düzəliş təqdim edilib.

APA-nın məlumatına görə, bu barədə yerli KİV müvafiq sənədə istinadən məlumat yayıb.

Qeyd olunur ki, qanun layihəsinin ilkin variantında təlim üçün telefonlardan istifadə istisna olub.

Dəyişikliyə görə mobil radiotelefon rabitəsindən əsas ümumi və orta ümumi təhsil pillələrinin dərsləri zamanı istifadə etmək olmaz. İstisnalar şagirdlərin və ya məktəb işçilərinin həyatı və sağlamlığı üçün təhlükənin olduğu hallardır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
284 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...