Zelenski qadınların hərbi çağırışı ilə bağlı qanunu dəstəkləməyəcək

Zelenski qadınların hərbi çağırışı ilə bağlı qanunu dəstəkləməyəcək
Ukrayna Ali Radasının hakim “Xalqın xidmətçisi” partiyasından olan deputatı Yuri Kamelçuk bildirib ki, Prezident Volodimir Zelenskinin komandası parlamentdə yeni hərbi səfərbərlik ilə bağlı hazırlanan qanun layihəsində qadınların hərbi çağırışını dəstəkləməyəcək.

Deputat "Report"un Şərqi Avropa bürosuna açıqlamasında bildirib ki, Ukraynanın səfərbərlik haqqında qanun layihəsi hazırda xüsusi işçi qrupu tərəfindən hazırlanır: "O hələ baş qərargahda müzakirədən keçməlidir. Bəli, müzakirəyə səbəb olan məqamlar çoxdur, amma ilk yadda saxlamaq lazım olan odur ki, qadınların səfərbərliyi kim təklif etsə də, nəyin bahasına olursa olsun, mütləq dəstəklənməyəcək”.

Çağırış yaşının aşağı salınmasına gəlincə, bildirib ki, bu, Baş Qərargahın arqumentləri ilə bağlı məsələdir, kifayət edərsə, Prezident bu təşəbbüsü dəstəkləyəcək: “Bunu Ali Rada ilə də nəzərdən keçirəcəyik. Bu məsələlər həm də Ərazi toplama mərkəzi və sosial dəstək mərkəzinin səlahiyyətli nümayəndəsinin müzakirəsinə çıxarılır”.

“Ukraynanın Rusiya ilə müharibədə qələbəsinin ən mühüm səbəbi səfərbərlik haqqında qanundan deyil, hərbi qulluqçulara məzuniyyət və maddi təminat baxımından veriləcək real şərtlərdən gedir, bu, təşkilati işə aiddir, amma ən vacibi maddi dəstəkdir. Bu, Qərb tərəfdaşlarımızdan olan silah və sursatlardır. Əgər bütün bunlar vaxtında baş versə, hərbçilər hazırlansa, onlara bəzi bölmələrə istirahət verilsə, o zaman Moskvanı məğlub etmək və müharibədə qalib gəlmək üçün mütləq güc və ilham olacaq"- deputat vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
284 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...