Ərdoğan: “Türkiyə 2024-cü ildə 60 milyon turist qəbul etməyi planlaşdırır”

Ərdoğan: “Türkiyə 2024-cü ildə 60 milyon turist qəbul etməyi planlaşdırır”
Türkiyə 2024-cü ildə 60 milyon turist qəbul etməyi planlaşdırır.

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Məqsədimiz 2024-cü ildə 60 milyon ziyarətçi qəbulu və turizmdən 60 milyard dollar gəlir əldə etməkdir”, - o bildirib.

Rəsmi məlumatlara görə, 2023-cü ildə Türkiyəyə 56,7 milyon turist səfər edib ki, bu da bir il əvvəlkindən 12 faiz çoxdur. Ötən il turizm gəlirləri 2022-ci illə müqayisədə 16,9 faiz artaraq 54,3 milyard dollar təşkil edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
522 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...