İranın İordaniyadakı təxribat planlarının qarşısı alınıb

İranın İordaniyadakı təxribat planlarının qarşısı alınıb
İran rejimi ABŞ dəstəkli İordaniya hakimiyyətinə qarşı təxribat aktı həyata keçirmək üçün silahlar göndərib. Lakin bu təxribat aktının qarşısı alınıb.

Mənbələrin Reuters agentliyinə verdiyi məlumata görə, silahlar İranın dəstəklədiyi Suriyadakı milislər tərəfindən HƏMAS terror qruplaşmasının hərbi qanadı ilə əlaqəsi olan İordaniyadakı “Müsəlman Qardaşları”na göndərilib.

Onların dediyinə görə, Fələstin əsilli iordaniyalılar martın sonlarında həbs edildikdən sonra bəhs edilən silhalar ələ keçirilib. İddia edilən sui-qəsd və həbslər Yaxın Şərqdə gərginliyin yüksək olduğu bir vaxta təsadüf edib.

İki İordaniyalı mənbələri davam edən araşdırmalara və gizli əməliyyatlara istinad edərək, bu təxribat aktlarının nədən ibarət olduğunu söyləməkdən imtina ediblər.

İordaniya rəsmiləri hesab edir ki, İran və onun Həmas və Livan Hizbullahı kimi müttəfiq terror qrupları Tehranın regional birləşmə qüvvələri şəbəkəsini genişləndirmək məqsədilə İsrail və ABŞ əleyhinə, krallığın gənc, radikal üzvlərini cəlb etməyə çalışırlar.

Keçən il ərzində İordaniya Suriyadakı iranpərəst milislərlə əlaqəsi olan və onun sərhədlərini reaktiv yaylım atəşi sistemləri və partlayıcılarla hücum cəhdinin qarşısını aldığını bildirib. İran belə cəhdlərin arxasında olduğunu inkar edib.

(GünazTV)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
328 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...