Rusiyanın Azərbaycandakı bankında işçilərin maaşı 9% azalıb

Rusiyanın Azərbaycandakı bankında işçilərin maaşı 9% azalıb
1 yanvar 2024-cü il tarixinə olan məlumata görə, nizamnamə kapitalına görə Rusiyanın ən böyük bankı “Bank VTB”nin Azərbaycandakı törəmə bankının işçilərinin sayı 432 nəfər olub.
Yeniavaz.com xəbər verir ki, ötən il “Bank VTB (Azərbaycan)”nın əmək haqqı və mükafatlar üzrə xərci 11 milyon 916 min manat olub.
Bu isə o deməkdir ki, “Bank VTB (Azərbaycan)”da bir işçiyə hesablanan orta əmək haqqı və mükafatların aylıq məbləği 2 min 300 manat təşkil edib.
Məlumat üçün onu da bildirək ki, 2022-ci ildə bu göstərici 2 531 manat olub.
Son bir ildə “Bank VTB (Azərbaycan)”da işçilərin orta aylı əmək haqqı 9,1% və ya 231 manat azalıb.
Məlumat üçün qeyd edək ki, “Bank VTB”nin Azərbaycandakı törəmə bankının səhmlərinin 99,99%-i Rusiyadakı “Bank VTB”yə, 0,01%-i isə Adıgözəl Ağayevə məxsusdur. Bankın əsas məqsədlərindən biri Azərbaycanda işləyən Rusiya şirkətlərinə dəstək olmaqdır. Həmçinin Rusiya ilə işgüzar əlaqələri olan Azərbaycan sahibkarları üçün əsas tərəfdaş bankdır.
Ötən ilin nəticələrinə görə “Bank VTB” (Azərbaycan)”nın ümumi mənfəəti 6 milyon 314 min manat olub.
Onu da bildirək ki, “Bank VTB” səhmlərinin 60,9%-i dövlətə məxsus olan, nizamnamə kapitalına görə Rusiyanın birinci, aktivlərinə görə isə “Sberbank”dan sonra ikinci bankıdır. Mərkəzi ofisi Moskvada yerləşən bankın Belarus, Ermənistan, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Kiprdə törəmə bankları fəaliyyət göstərir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
206 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...