Trampa qarşı növbəti sui-qəsd cəhdi - Bu dəfə qolf klubunda

Trampa qarşı növbəti sui-qəsd cəhdi -
ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd, sabiq prezident Donald Trampa qarşı daha bir sui-qəsd cəhdi olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “AP” məlumat yayıb.

Məlumata görə, Trampın Florida ştatındakı qolf klubunun qarşısında atışma baş verib.

Hadisə ilə bağlı Trampın seçki qərargahı açıqlama yayıb:

“Tramp Florida qolf klubu yaxınlığında silahlı atışmadan sonra təhlükəsizlikdədir”.

Sabiq prezidentin vəziyyətinin yaxşı olduğu bildirilsə də, əlavə məlumat verilməyib.

Qeyd edək ki, o, 2 ay əvvəl Pensilvaniya ştatında sui-qəsd cəhdi zamanı qulağından güllələnmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
128 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...