Tramp: ABŞ İranla yüksək səviyyəli danışıqlar aparır
ABŞ administrasiyası Tehranın nüvə proqramı ilə bağlı İran hakimiyyəti ilə yüksək səviyyəli məsləhətləşmələr aparır.
"Report"un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtondan Romaya uçan təyyarəsində jurnalistlərlə söhbətində deyib.
"İran razılaşması çox yaxşı gedir. Biz İranla bağlı işlə ən yüksək səviyyədə məşğul oluruq. Düşünürəm ki, onlar müqavilə bağlamaq istəyirlər və biz də razılaşma istəyirik. Başqa bir razılaşma, daha pis bir razılaşma etmək istəyən insanlar var və bunun İranla bağlı baş verməsini istəmirəm", - o deyib.
"İranla bağlı vəziyyət çox yaxşı inkişaf edir. Bizim onlarla çoxlu danışıqlarımız olub. Düşünürəm ki, biz razılığa gələcəyik - başqa alternativdən sövdələşməyə üstünlük verərdim. Bu, bəşəriyyət üçün yaxşı olardı", - dövlət başçısı əlavə edib.
Onun fikrincə, nüvə silahını saxlamaq Tehrana baha başa gələcək. "Bu, çox sadə razılaşmadır, yəni onların nüvə silahı ola bilməz. Sadəcə bunu etməklə mən onlara bir ton pula qənaət edəcəm. Nüvə silahına sahib olmaq çox bahadır. Amma bu, həm də çox təhlükəlidir", - Ağ Ev rəhbəri deyilib.
Tramp Papa Fransiskin dəfn mərasiminə gedib. Amerika lideri şənbə günü axşam İtaliya paytaxtını tərk edərək ABŞ-yə qayıdacaq.
33 dəfə oxundu