İrandakı parlament seçkilərində 12 min namizəd iştirak edəcək

İrandakı parlament seçkilərində 12 min namizəd iştirak edəcək


İranda parlament seçkilərinə qatılacaq namizədlər müəyyənləşib.

İran daxili işlər nazirinin müavini Hüseynəli Əmiri APA-nın İran bürosuna açıqlamasında seçkilərdə 290 yerin hər biri uğrunda 21 namizədin mübarizə aparacağını deyib. O bildirib ki, Konstitusiyaya Nəzarət Şurası ilə aparılan danışıqlar əsasında namizədliyi qeydə alınmayan 1400 nəfərin namizədliyi təsdiqlənib. Onların arasında bütün siyasi hərəkatlar və qruplardan namizədlər var.

H. Əmiri ümumilikdə 12 min nəfərin namizədliyinin qeydə alındığını açıqlayıb: “Bu qədər şəxsin öz namizədliyini irəli sürməsi bizim üçün də təəccüblü oldu. Düşünürəm ki, İran və “altılıq” arasında əldə olunan razılıqdan sonra ölkədə öz taleyini təyin etmək istəyi hamı üçün maraqlıdır. Seçkilərdə əhalinin aktiv iştirakının şahidi olacağıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
786 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...