Ərdoğan növbəti seçkilərdə namizəd olacaq?

Ərdoğan növbəti seçkilərdə namizəd olacaq?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürüb-sürməyəcəyini şərh edib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğan bu barədə Macarıstandan geri dönərkən jurnalistlərə açıqlamasında danışıb.

“Yenidən seçilmək və yaxud seçkilərdə namizədliyimi irəli sürməklə bağlı bir dərdim yoxdur. Bizi yalnız ölkəmizin nüfuzunu necə yüksəldə biləcəyimiz narahat edir. Türkiyə dəyişir, dünya dəyişir. Biz yeni dövrdə yaşayırıq”, - deyə Ərdoğan qeyd edib və Türkiyənin yeni Konstitusiyaya ehtiyac duyduğunu vurğulayıb.

Onun sözlərinə görə, hakim Ədalət və İnkişaf Partiyası yeni Konstitusiya layihəsinin hazırlanması üzərində işləyir. O, həmçinin müxalifəti bu prosesə qoşulmağa dəvət edib.

Qeyd edək ki, Türkiyədə növbəti prezident seçkiləri 2028-ci il mayın 14-dən gec olmayaraq keçirilməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
35 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...