Rusiyada kənd təsərrüfatı sektoru risk altındadır
Rusiyada kənd təsərrüfatı texnikasına olan tələbatın azalması aqrar sahədə ciddi texnoloji geriləmə və məhsul itkisi ilə nəticələnə bilər.
Yeniavaz.com “Forbes” nəşrinə istinadən xəbər verir ki, “Rosagroleasing” şirkəti güzəştli lizinq şərtlərinin genişləndirilməsinə baxmayaraq, texnika satışlarında kəskin azalma müşahidə olunduğunu açıqlayıb.
Məlumata görə, ötən ilin yanvar-may ayları ilə müqayisədə bu ilin yanvar-may aylarında bir çox texnika növlərinin satışında böyük geriləmə qeydə alınıb. Taxılyığan kombaynların tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 5 ayında 61,1%, kənd təsərrüfatı traktorları 39,5%, taxıl təmizləyən maşınlar 36,3%, yem kombaynları isə 33,3% azalıb.
Ekspertlər azalmaya əsas səbəb kimi kiçik və orta təsərrüfatlarda maliyyə çatışmazlığını göstərir. Belə təsərrüfatlar taxıl və yağlı bitkilərin əsas istehsalçısı olsa da, yeni texnika almağa gücləri çatmır. Bu da kənd təsərrüfatında məhsuldarlığın azalmasına və texnoloji cəhətdən geriləməyə səbəb olur.
Avadanlıqların 10 ildən artıq müddət istismarı, onların köhnəlməsi və tez-tez sıradan çıxması istehsal prosesini ləngidir. Mövcud avadanlıqların təmirinə tələbat artır, fermerlər isə yeni texnika almaq əvəzinə, təmir və aqreqat dəyişimi ilə kifayətlənirlər. Bu isə səpin və yığımın gecikməsi, gübrə və pestisidlərin qeyri-dəqiq tətbiqi ilə nəticələnir.
Fermerlər bahalı lizinq, yüksək faizli kreditlər, məhdud subsidiyalar və aşağı rentabellik səbəbindən yeni texnika almağa maraq göstərmirlər. Ekspertlər kənd təsərrüfatı texnikalarının alınmasına 5%-lik kreditlərin qaytarılmasını və taxıl ixrac rüsumlarının ləğvini vacib sayırlar.
2025-ci ilin ilk yarısında 10 ildən az işlənmiş texnikanın alınması üzrə hərraclar 16,3%, təmir xidmətləri isə 21,4% artıb. Bu da təsərrüfatların yeni texnika əvəzinə köhnəni saxlamağa üstünlük verdiyini göstərir.
Mütəxəssislər xəbərdarlıq edir ki, mövcud vəziyyət texnoloji cəhətdən uzunmüddətli geriləməyə və məhsul itkiləri ilə nəticələnə bilər. Əgər fermerlərin maddi vəziyyəti yaxşılaşdırılmasa və stimullaşdırıcı tədbirlər genişləndirilməsə, kənd təsərrüfatı istehsalı təhlükə altına düşə bilər.
35 dəfə oxundu