Avropa “Rosselxozbank”ın kartlarını blokladı - Azərbaycanda isə işləyir...
Avropa İttifaqı ölkələri iyulun 20-dən etibarən Rusiyanın “Rosselxozbank”ına məxsus “UnionPay” kartlarının istifadəsini dayandırıb.
Musavat.com xəbər verir ki, bu, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar kontekstində daha bir maliyyə zərbəsi kimi qiymətləndirilir.
Məlumatı “İnterfaks” agentliyinə bankın dəstək xidməti təsdiqləyib.
Hazırda bu məhdudiyyətlər Avstriya, Belçika, Bolqarıstan, Macarıstan, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Xorvatiya, Çexiya, İsveç və Estoniyanı əhatə edir.
Ekspertlər bunu Rusiyanın beynəlxalq maliyyə sistemindən sıxışdırılmasının davaFmı və Çinlə əməkdaşlıq üzərindən qurduğu paralel ödəniş sisteminə də zərbə kimi dəyərləndirirlər.
Bununla belə, “Rosselxozbank” bildirir ki, “UnionPay” kartları hələ də Azərbaycan, Banqladeş, Vyetnam, Misir, İndoneziya, Qətər, Çin, Maldiv adaları, Malayziya, Serbiya, BƏƏ, Səudiyyə Ərəbistanı, Sinqapur, Tailand, Türkiyə, Özbəkistan, Filippin, Şri-Lanka, Cənubi Koreya və başqa ölkələrdə işləməyə davam edir.
Qərbin təzyiqləri fonunda Çin sisteminə ümid edən Rusiya, görünür, bu “alternativ qapının” da bir-bir üzünə bağlandığını izləməli olur.
37 dəfə oxundu