Abdulla Gülə ağır itki üz verdi

Abdulla Gülə ağır itki üz verdi

Türkiyənin sabiq prezidenti Abdullah Gülün qayınatası vəfat edib. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 76 yaşlı Əhməd Özyurd İstanbulda müalicə aldığı Yeditepe Universitetinin xəstəxanasında dünyasını dəyişib.

Onun ölüm xəbərini eşidən A.Gülün dərhal xəstəxanaya getdiyi, orada həyat yoldaşı Hayrunisa Gülə və qohumlarına baş çəkdikdən sonra isə xəstəxananı tərk etdiyi bildirilir. Sabah günorta Mərmərə Universitetinin İlahiyyat fakultəsinin məscidində qılınacaq cənazə namazından sonra mərhum torpağa tapşırılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
840 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...