Anası ilə İrana müalicəyə gedən azərbaycanlı xəstəxanada “girov“ saxlanılır - VİDEO

Anası ilə İrana müalicəyə gedən azərbaycanlı xəstəxanada “girov“ saxlanılır -
İrana müalicəyə gedən Salyan sakini və anası xəstəxanadan buraxılmır. Həmin şəxslər bununla bağlı "Xəzər xəbər"ə müraciət ediblər.

Mirzə Şahsuvarov əslən Salyandandır və 4 ildir ki, böyrək çatışmazlığından əziyyət çəkir. Qrip olur, ona antibiotik vurulur və bundan sonra vəziyyəti bir az da ağırlaşır. Onun bədənində çürümə gedir.

Mirzə ötən ayın 3-ü dərdinə şəfa tapmaq üçün anası ilə birgə İranın Təbriz şəhərinə yollanıb və Şəms xəstəxanasında dəfələrlə əməliyyat edilib. Dediyinə görə, həkimin əməliyyat pulu tam ödənilib. Onlar 1800 dolları həkimin özünə veriblər. O, 14 dəfə əməliyyata girib. Bu əməliyyatlar zamanı bədənindən 1 kiloqramdan çox çürümüş ət xaric edilib. Mirzə palataya köçürüləndən sonra isə ona xəstəxananın ödənişi ilə bağlı məlumat verilib.

Daha doğrusu, həmyerlimiz aldadıldığını iddia edir. Vəziyyəti hazırda da ağır olan həmyerlimiz ödənişi edib, xəstəxanadan çıxa bilmir. Hazırda o və anası çıxılmaz durumda qalıblar. Onlar aidiyyəti qurumlardan problemin həlli üçün köməklik göstərilməsini xahiş edirlər.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
43 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...