Kürsüdə olan türk liderə silahlı hücum – Şok video

Kürsüdə olan türk liderə silahlı hücum –


Bolqarıstanda Haqq və Azadlıqlar Hərəkatının qurucusu, türk əsilli siyasətçi Əhməd Doğana qarşı 2013-cü ildə reallaşan uğursuz sui-qəsd görüntüləri yenidən gündəmə gəlib.

Axar.az xəbər verir ki, Türkiyə mətbuatı hərəkatın hazırki sədri Lütfü Məstana ciddi təzyiq edən Əhməd Doğanı tənqid edərək onu türkləri parçalamaqda günahlandırıb.

Xatırladaq ki, Lütfi Məstan ötən ilin dekabrında Bolqarıstan parlamentində Türkiyə sərhədini pozan Rusiya təyyarəsinin vurulmasına haqq qazandıran bəyanat oxuyub.

Partiyanın fəxri sədri Əhməd Doğan isə Məstanın bu hərəkətinə etiraz edib. Daha sonra səlahiyyəti çatmadığı halda partiyanın rəhbərliyini toplayaraq, Lütfi Məstanın partiya sədrliyindən və sıralarından uzaqlaşdırılmasına nail olub.

Baş verənlərdən sonra Lütfi Məstan ailəsi ilə birlikdə Türkiyənin Sofiyadakı səfirliyinə sığınıb.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
906 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...