ABŞ Gürcüstana desant göndərir

ABŞ Gürcüstana desant göndərir


Bu ilin mayında "Layiqli tərəfdaş" adı altında keçiriləcək Gürcüstan-ABŞ genişmiqyaslı hərbi təlimdə iştirak etmək üçün ABŞ bu ölkəyə hava və tank desantları göndərir. Gürsütan KİV xəbər verir ki, bunu ABŞ-ın Avropadakı qoşununun komandanı general-leytenant Ben Xoces "Defencenews"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ Gürcüstana "Bredli" tipli Piyadaların Döyüş Maşını və "Abraams" tanklarını göndərir. "Bu təlimdə iştirak etmək üçün Gürcüstana tank və hava desantları da gedəcək. Onlar Gürcüstan ordusunun komandirlərinə tabe olacaq", - general-leytenant söyləyib. Gürcüstanlı hərbi ekspert Georgi İnauri təlimdən sonra hərbi texnikanın ölkədə qalacağını gözləmədiyini bildirib. (“Report”)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
837 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...