Ankarada beş ayda üç partlayış: 200-ə yaxın ölü, 600-dən çox yaralı

Ankarada beş ayda üç partlayış: 200-ə yaxın ölü, 600-dən çox yaralı


Ankarada 27 nəfərin həyatını itirdiyi son partlayış 5 ay ərzində Türkiyə paytaxtında baş verən üçüncü analoji hadisədir.

Ankarada ilk partlayış oktyanrın 10-da paytaxtın Ulus bölgəsində "Barış mitinqi" ərəfəsində törədilmişdi. Hadisə nəticəsində 103 nəfər ölmüş, 450-dən çox adam yaralanmışdı.

Ankaranı qana bulayan ikinci partlayış bu il fevralın 17-də baş verdi. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı və Hərbi Hava Qüvvələrinin qərargahı yaxınlığında hərbçiləri daşıyan avtobuslat keçərkən partlayıcı quraşdırılmış avtomobil partladıldı. Bu hadisə nəticəsində 29 nəfər öldü, 60 nəfər yaralandı.

Türkiyə paytaxtında bu axşam yenə dəhşətli partlayış səsi eşidildi. İlkin rəsmi məlumata görə, Qızılay meydanında baş verən partlayış nəticəsində 27 nəfər ölüb, 75 nəfər isə yaralanıb. Ölənlərin sayının arta biləcəyi istisna olunmur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
815 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...