İstanbulda antiterror əməliyyatları - saxlanılanlar var

İstanbulda antiterror əməliyyatları -


Türkiyə polisi İstanbulun bir sıra rayonlarında antiterror əməliyyatları keçirir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Türkiyənin "Anadolu" agentliyi yazıb.
Əməliyyatlar nəticəsində artıq saxlanılanların olduğu bildirilir, lakin saxlanılanların konkret sayı barədə hələlik məlumat verilmir.


Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada martın 13-də terror aktı törədilib. Türkiyənin səhiyyə naziri bildirib ki, güclü partlayış nəticəsində ölənlərin sayı 34 nəfərə, yaralananların sayı isə 125 nəfərə çatıb.Qızılay meydanında avtobus dayanacağında avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə salınması nəticəsində baş vermiş partlayışın gücündən yaxınlıqdakı avtomobillər və binalar zərər görüb.

Hadisə yerinə təhlükəsizlik qüvvələri və çoxlu sayda təcili tibbi yardım maşını cəlb olunub. Ərazi boşaldılıb, yaxınlıqdakı küçələrdə, avtomobil yollarında hərəkət məhdudlaşdırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
855 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...